Filip Ozobiç: "Avropa Liqasında qrupdan çıxmaq istəyirik"
24.08.2022 - 01:16
Filip Ozobiç: "Avropa Liqasında qrupdan çıxmaq istəyirik"

“Təəssüf ki, pley-offa kimi gəlsək də, bundan o tərəfə keçə bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Bakıda rəqibi ilə qolsuz bərabərə qalan və Plzendə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.

Xorvatiyalı yarımmüdafiəçi oyundan sonra “CBC Sport” telekanalına açıqlamasında bunları deyib: “Futbol da bir həyatdır, belə hallar baş verir. Artıq önümüzə baxmalıyıq. Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Amma yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxmışdıqsa, bu mövsüm eynisini Avropa Liqasında etmək və qrupdan çıxmaq istəyirik”.

0