
Fransanın paytaxtı Parisdə davam edən Yay Olimpiya Oyunlarında Filippin ilk medalını qazanaraq tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, ölkəsinə bu uğuru qazandıran atlet Karlos Yulo olub.
Filippin hökuməti Olimpiya çempionunu maraqlı mükafatlarla təltif edəcək. Bunlar arasında əşyalı mənzil, həyət evi, 200 min dollardan çox nağd pul, "İphone 16", bir təndirdən ömür boyu ödənişsiz şirniyyat, birdən artıq restorandan ömür boyu ödənişsiz yemək, pulsuz mühəndislik təhsili və 45 yaşına çatdıqda ömrünün sonuna qədər ödənişsiz tibb xidmətləri var.
Qeyd edək ki, 24 yaşlı gimnast Parisdə 2 qızıl medal qazanıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”