
Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının əsas və həlledici oyununa – final matçına çıxıb.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Milli Gimnastika Arenasında Macarıstan komandası ilə üz-üzə gəlib.
Matç millimizin 4:2 qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Final oyunundan əvvəl Serbiya və Monteneqro milliləri arasında üçüncü yer uğrunda görüş baş tutub.
Qarşılaşma serblərin qələbəsi ilə yekunlaşıb - 3:0.
Dünya çempionatı
3-cü yer uğrunda görüş
18:00. Monteneqro - Serbiya 0:3
Final
20:00. Azərbaycan – Macarıstan 4:2
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”