“Fiorentina” skautları “Rakuv” – “Qarabağ” matçında kimi izləyib?
27.07.2023 - 20:23
“Fiorentina” skautları “Rakuv” – “Qarabağ” matçında kimi izləyib?

“Rakuv” Bakıya əsas qapıçısız gələ bilər.

Apasport.az saytı xəbər verir ki, Vladan Kovaçeviç “Fiorentina”nın maraq dairəsinə düşüb.

İtaliya klubunun skautları Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv” – “Qarabağ” matçını tribunadan izləyiblər. “Fiorentina” uzun müddətdir, bosniyalı və hesoqovinalı qapıçı ilə maraqlanır. 25 yaşlı qolkiper Polşa çempionunun heyətində iki mövsüm keçirib. Danışıqlar müsbət yekunlaşsa, Kovaçeviçin yaxın günlərdə “Rakuv”u tərk edəcək. Transferin dəyəri 5-6 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Kovaçeviçin 90 dəqiqə meydanda olduğu “Rakuv” – “Qarabağ” oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçı avqustun 2-də Bakıda olacaq.
 

0