Foda: "Qarabağ"la oyunda mərhələ adlayacağıq"
26.07.2022 - 21:09
Foda: "Qarabağ"la oyunda mərhələ adlayacağıq"

“Qarabağ” evdə çox güclü idi. Biz topa daha çox nəzarət etdiyimiz ikinci hissədə daha fəal ola bildik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu ərəfəsində mətbuat konfransı keçirən mütəxəssis sabahkı görüş barədə danışıb: “Biz bunu daha da inkişaf etdirmək istəyirik. Evdə aqressiv olmaq, topla davranmaq və imkanlardan effektli yararlanmaq niyyətindəyik”.

Foda komanda üzərindəki yükün ağırlığını da vurğulayıb: “Avrokubok oyunları olan həftələrdə komanda üzərinə təkcə fiziki deyil, həm də mənəvi yükləmə böyük olur. Sabah qələbə qazansaq, avrokubokların qrupunda yerimizi təmin edəcəyik. Əlbəttə, həm də Çempionlar Liqasında III təsnifat mərhələsinə adlayacağıq. Biz müəyyən gərginlik, təzyiq hiss edirik. Amma motivasiyamız da yüksəkdir. Doğma azarkeşlər önündə baş tutacaq evdəki matçı səbirsizliklə gözləyirik”.

0