Futbol üzrə Fransa Liqa 1 təmsilçisi “Tuluza” Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.
Apasport.az “lequotidiendusport.fr” saytına istinadla xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.
Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.
Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək