“Frayburq” – “Qarabağ” oyununa PROQNOZ
05.09.2022 - 10:41
“Frayburq” – “Qarabağ” oyununa PROQNOZ

Bu həftə avrokubokların qrup mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın əsas raunddakı ənənəvi təmsilçisinə çevrilən “Qarabağ” Avropa Liqasında Almaniyada başlayacaq.

Qurban Qurbanovun yetirmələrinin “Frayburq”la dueli proqnozsevərlərin və ekspertlərin də maraq dairəsindədir. Tanınmış futbol mütəxəssisi Georgi Molotov da bu qarşılaşmaya proqnoz verib:

“Frayburq” avrokubokların nadir qonağıdır. Son 10 ildə Almaniya klubu iki dəfə qitə kuboklarında oynayıb. 2013/14 mövsümündə Avropa Liqasında qrup üçüncüsü olan komanda 2017/18 mövsümündə III təsnifat mərhələsində dayanıb.

“Qarabağ”ın təcrübəsi isə yetərincə çoxdur. Azərbaycan çempionu son illər sabit şəkildə avrokubokların qrupunda oynayır. Cari mövsüm “Qarabağ” Çempionlar Liqasının qrupunun yarımaddımlığında dayanıb.

Ağdam təmsilçisi Polşa “Lex”i, İsveçrə “Sürix”i və Macarıstan “Ferensvaroş”unu inamla keçib. Amma hər şeyi Şahruddin Məhəmmədəliyevin “Viktoriya” ilə səfər oyununun sonuna yarımsaat qalmış kobud səhvi korlayıb.

Azərbaycanda rəqiblər qol vurmayıb. Əsas heyətin bəzi üzvlərinin xidmətindən məhrum “Qarabağ” üçün bu nəticə aktivə yazılmalıdır. Cavab görüşündə qonaqlar hesabı açdılar və qalib gəlmək şansına malik idilər. Amma “Qarabağ”ın qapıçısı 60-cı dəqiqədə nədənsə bir küt oyunçu ilə cərimə meydanının xətti üzərində hava mübarizəsinə qoşuldu. Hərçənd buna ehtiyac da yox idi. Nəticədə “Viktoriya” boş qapıya qol vurdu. Az sonra meydan sahibləri ikinci qolu da vuraraq “Qarabağ”ı Avropa Liqasının qrupuna göndərdi.

“Frayburq”u bu matçın aşkar favoriti hesab edirlər. Amma komandaların indiki formasına baxsaq, “Qarabağ” heç pis deyil. Meydan sahiblərinin qalib gələcəyi ilə bağlı heç kim mübahisə etmir. Bu, gözlənilməz olmaz.

“Qarabağ” səfərdə evdəkindən pis oynayır. Amma çətin ki, almaniyalıların gözlənilən qələbəsi böyükhesablı olsun. “Qarabağ” böyük hesabla uduzmamalıdır.

Oyunun məhsuldarlığına gəlincə, iki və ya daha çox qol olacağı ehtimalı böyükdür. “Qarabağ” hücum futbolu oynayır. Eyni zamanda müdafiədə o qədər də etibarlı deyil.

“Frayburq” son iki görüşdə 1:0 hesablı qələbə qazanıb. Bu üzdən hər iki komandadan qol gözləyirəm.

Nəticə ya qollu heç-heçə olacaq, ya da rəqiblərdən birinin minimal fərqli qələbəsi. Qələbə şanslarını 50-nin 50-yə hesab edirəm.

Proqnozum: Q/Q
 

3