“Frayburq” – “Qarabağ”: Təxmini heyətlər açıqlandı
08.09.2022 - 13:44
“Frayburq” – “Qarabağ”: Təxmini heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının G qrupunda mübarizəyə başlayacaq.

Qurban Qurbanovun yetirmələri Almaniyada “Frayburq”un qonağı olacaq. Qarşılaşmadan öncə komandaların təxmini start heyətləri müəyyənləşib. Almaniya mətbuatı hər iki komandanın “11-liy”ini açıqlayıb.

Meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayx bu heyətə ilk dəqiqələrdən şans verəcək: 26. Mark Flekken, 3. Filip Linhardt, 28. Mattias Ginter, 30. Kristian Günter, 7. Conatan Şmid, 8. Maksimilian Eggeştayn, 42. Ritsu Doan, 27. Nikolas Höfler, 29. Çon U Yon, 32. Vinçenso Qrifo, 18. Nils Petersen.

Qurbanovun isə aşağıdakı “11-liy”ə güvənəcəyi gözlənilir: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 6. Julio Romao, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 11. Ovusu Kvabena.

Qeyd edək ki, Frayburqdakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

0