“Frayburq”un kapitanı: “Qarabağ”ı deyil, başqa rəqib arzulayırdıq”
26.08.2022 - 17:35
“Frayburq”un kapitanı: “Qarabağ”ı deyil, başqa rəqib arzulayırdıq”

“Bu qrupdan çıxmaq mümkünsüz görünür”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Frayburq” klubunun futbolçusu Kristian Günter deyib.

Bundesliqa təmsilçisinin kapitanı Avropa Liqasının qrup mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib. Günter “Olimpiakos”, “Qarabağ” və “Nant”ın yer aldığı qrupun çətin olduğunu etiraf edib: “Pireydə möhtəşəm stadion, inanılmaz ab-hava var. Burada hiss edirsən ki, son illərdə daim çempion olan komanda ilə oynayırsan. “Qarabağ”ı deyil, başqa rəqib arzulayırdıq. Bu, səfər edə biləcəyiniz ən uzun yerlərdən biridir”.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

0