"Fulhem"in forvardı: "Azərbaycana qarşı matç daha çətin olacaq"
04.06.2024 - 17:35
"Fulhem"in forvardı: "Azərbaycana qarşı matç daha çətin olacaq"

"Çox şadam, çünki yaxşı başlamaq vacibdir. Məşqçinin taktikasını da bəyəndim".

Apasport.az xəbər verir ki, bunu Albaniya millisinin futbolçusu Armando Broxa deyib.

"Fulhem"in forvardı Azərbaycanla oyun ərəfəsində Lixtenşteynə 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: "Moillidə atmosfer əladır. Biz birlikdə çox məşq etdik, hamı xoşbəxtdir. Hamımız birlikdə yaxşı oynadıq və ən vacibi olan oyunu qazandıq. Azərbaycana qarşı matç daha çətin olacaq, amma buna hazırlaşacağıq. Ümid edirəm ki, qalib gəlib Avropa çempionatına yaxşı formada yollanacağıq".

Qeyd edək ki, Albaniya - Azərbaycan matçı iyunun 7-də saat 21:00-da başlayacaq. Görüş Macarıstanda keçiriləcək.

0