Futbol tariximizdə 100
04.11.2022 - 10:20
Futbol tariximizdə 100

“Qarabağ”ın “Frayburq”la heç-heçəsi Azərbaycan futbolu tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının VI turunda qeydə alınan sülh Azərbaycan futbolu tarixinə qitə kuboklarındakı 100-cü sülh olub.

Bu oyunadək təmsilçilərimiz avrokuboklardakı 411 matçda 99 heç-heçə qeydə alınıb. 412-ci qarşılaşma 100-cü sülhlə nəticələnib. Evdə 64, səfərdə 36 bərabərlik yaşanıb.

Bu heç-heçələrdən 60-ı Avropa Liqası (əvvəlki UEFA kuboku), 28-i Çempionlar Liqasına, 7-si Konfrans Liqası, 3-ü İntertoto kuboku, 2-si Kuboklar kubokuna təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsini üçüncü yerdə başa vurub.
 

0