
Premyer Liqanın debütantı “Kəpəz” gün ərzində ikinci əcnəbi transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Giorgi Kantariyadan sonra daha bir gürcüstanlı futbolçunu heyətinə qatıb.
Cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Mate Kvirkviya elita təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun son klubu ölkəsində “Qaqra” olub. Mate vətənində “Dinamo” (Tbilisi) və “Torpedo” (Kutaisi) klubları ilə Gürcüstan çempionu olub. O, müxtəlif yaş qrupları üzrə yığmalarda da çıxış edib.
Qeyd edək ki, “Kəpəz” yay fasiləsində Kvirkviyadan əvvəl Tural Axundov, Kamran İbrahimov, Zamiq Əliyev, Elvin Yunuszadə və Giorgi Kantariyanı transfer edib.
- "Göyəzən" və "Xankəndi" II Liqa yolunda: İNAMLI QƏLƏBƏLƏR
- İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
- Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar