
Gürcüstan milli komandasının və “Panetolikos”un üzvü Levan Şengeliya yeni mövsümə Azərbaycanda başlaya bilər.
Apasport.az saytına etibarlı mənbədən verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında yarışan iki klubdan təklif gəlib. Həmin iddialı klublar Şengeliya uğrunda mübarizə aparır. Futbolçunun agenti klublarımızdan illik mininum 500 min dollar maaş istəyib. Şengeliyanın klublarımızdan birinə keçidinin baş tutub-tutmaması yaxın günlərdə konkretləşəcək.
Gürcünün istədiyi maaşı ödəyə biləcək komandaların büdcələrini nəzərə alsaq, “Qarabağ”, “Neftçi” və “Sabah”a keçə biləcəyini ehtimal etmək olar. Əlavə edək ki, Gürcüstan millisinin üzvü “Dila”, “Torpedo”, “Kolxeti”, “Tubize”, “Daejon Citizen”, “Dinamo”(Tbilisi), “Konyaspor”, “Löven” klublarında oynayıb.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...