Hakimi təhqir etdi, 4 oyunluq cəza aldı
20.11.2025 - 13:02
Hakimi təhqir etdi, 4 oyunluq cəza aldı

II Liqada çıxış edən "Kür-Araz" klubunun futbolçusu Asim Quliyev 4 oyunluq cəza alıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Oyunçu IX turda "Qaradağ Lökbatan"la matç bitdikdən sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib.

"Kür-Araz" isə 1000 manat cərimə olunub.