I Liqa: XIV tura start veriləcək
12.02.2026 - 10:36
I Liqa: XIV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan I Liqasında XIV tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında lider “Şəfa” səfərdə “Səbail”lə üz-üzə gələcək. Matça saat 17:00-da start veriləcək.

MOİK isə "Baku Sportinq"in qonağı olacaq.

Azərbaycan I Liqası
XIV tur

14:30. “Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu

14:30. “Baku Sportinq” – MOİK  
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu

17:00. “Səbail” – “Şəfa” 
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00