İbrahima Vadji ilə Sadio Mane eyni siyahıda
23.08.2022 - 09:35
İbrahima Vadji ilə Sadio Mane eyni siyahıda

2022/23 mövsümündə ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu İbrahima Vadji də ilk “10-luq”da yer alıb.

27 yaşlı forvard cari mövsüm indiyədək keçirdiyi 7 görüşdə 4 qol vurub. O, “Bavariya”nın forvardı Sadio Mane və Çinin “Şanxay Port” komandasının üzvü Şerif Ndiaye ilə 2-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, İbrahima Vadji ötən mövsümün əvvəlindən “Qarabağ”da çıxış edir.

0