İbrahima Vadji “Sent-Etyenn”də nə vaxt debüt edəcək?
29.08.2022 - 09:02
İbrahima Vadji “Sent-Etyenn”də nə vaxt debüt edəcək?

“Qarabağ”ın hücumçusu İbrahima Vadjinin “Sent-Etyenn”in heyətində nə zaman debüt edəcəyi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, bu barədə məşhur L'Equipe nəşri məlumat yayıb.

Bildirilib ki, seneqallı forvard bu gün Liqa2 klubunda tibbi müayinədən keçmək üçün Sent-Etyennə yollanacaq. Müayinənin ardından yeni klubu ilə müqavilə imzalayacaq Vadjinin transferinin “Qarabağ”a 1 milyon avrodan çox qazanc gətirəcəyi vurğulanıb. Sözləşmədə əlavə bonuslar da nəzərdə tutulacaq.

Baş məşqçi Loren Battlz sentyabrın 5-də Liqa2-nin VII turu çərçivəsində “Pau” ilə səfər görüşündə Vadjiyə şans verməyi planlaşdırır.

0