II Liqa klubu Vüqar Nadirovla yollarını ayırıb - RƏSMİ
21.10.2025 - 19:09
II Liqa klubu Vüqar Nadirovla yollarını ayırıb - RƏSMİ

"Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Şəmkir" II Liqada 9 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.