İlk dəfə Bakıda: “Qarabağ” ÜÇƏ ÜÇ qolla çatdı
16.09.2022 - 11:02
İlk dəfə Bakıda: “Qarabağ” ÜÇƏ ÜÇ  qolla çatdı

Avrokuboklar tarixində ilk qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klubu qrup mərhələsində evdə birinci böyükhesablı qələbəsini qazanıb.

Bu ilki “Qarabağ” gerçəkləşdirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sevinib.

Ağdam klubu Fransa “Nant”ını 3:0 hesabı ilə məğlub edib. Bu, qrupda evdəki ilk böyükhesablı nəticə olmaqla yanaşı, həm də ilk quru və böyükhesablı zəfər olub.

Bu görüşədək qrupda əldə olunan hər iki darmadağın səfərdə reallaşıb. Əvvəlki böyükhesablı uğurların da memarı olan “Qarabağ” 2019-cu ildə Lüksemburqda “Düdelanj”ı, ötən il Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə yenib. Üçüncü böyük hesab isə üç cavabsız qolla və bu dəfə Bakıda gerçəkləşib.
 

0