İlkə imza atan şahmatçımız: “Yola davam”
01.09.2022 - 09:37
İlkə imza atan şahmatçımız: “Yola davam”

“Vətənim adına ilkə imza atdığım üçün çox şadam!”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə məxsusdur.

22 yaşlı qrossmeyster Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında gümüş medal əldə edib. Qitə ikincisi bu tarixi uğurdan sonra feysbuk səhifəsindəki paylaşımda sevincini gizlətməyib: “Avropa çempionatının gümüş medalını qazandığıma çox şadam. Bu günlərdə hər birinizin dəstəyini hiss edirdim. Hər birinizə təşəkkür edirəm. Yola davam”.

Qeyd edək ki, bunadək qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. Günay və bürünc medal qazanan Ülviyyə Fətəliyeva bununla ilki rəsmiləşdirib.
 

0