"İmişli" Avropa Klublar Assosiasiyasının üzvü olub
12.08.2025 - 13:48
"İmişli" Avropa Klublar Assosiasiyasının üzvü olub

"İmişli" Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb. Qurum UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edir.