“İmişli” iki futbolçusu ilə vidalaşıb
27.01.2025 - 22:56
Azərbaycan çempionatının 1-ci Liqasında yarışan "İmişli FK" iki futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klub sosial şəbəkədə paylaşım edib.
Bahadur Həziyevlə və Tərlan Quliyev ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Hər iki futbolçu yayda İmişli təmsilçisinə qoşulmuşdu.
Qeyd edək ki, "İmişli FK" 11 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb.
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
0
0