“İmişli”dən yeni transfer
10.08.2025 - 22:51

“İmişli” yeni transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bölgə təmsilçisi Dieqo Almeydanı heyətinə qatıb. 24 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanıb.
Portuqaliyalı oyunçu son olaraq ölkəsinin “Akademiku de Vizeu” klubunda çıxış edib.
Qeyd edək ki, Dieqo Almeyda ötən mövsüm Portuqaliyalın II Liqasında meydana çıxdığı 21 oyunda 2 qolla yadda qalıb.
0
0