İmmobile ilk oyunda zədələndi
25.08.2025 - 22:08

İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.
36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.
- “Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq
- Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB
0
0