"İrəvan"ı II Liqada bu klub əvəzləyəcək
18.07.2024 - 11:56

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Şəfa" klubu olacaq.
Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.
Qeyd edək ki, "Şəfa" klubu yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu. Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan "İrəvan"ın əvəzinə II Liqada oynamasına qərar verilib.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
0
0