İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup matçının təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək.
DÇ-2026
Seçmə mərhələsi
5 sentyabr
22:45. İslandiya - Azərbaycan
Baş hakim: Sander van der Eyk
Yan xətt hakimləri: Rens Blümink, Stefan de Qroot
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Jerön Mansxot
VAR köməkçisi: Klay Ruperti (hamısı Niderland)
Hakim-inspektor: Tomas Eynvaller (Avstriya)
UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə)
Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib