İsnik Alimi: “Qəbələ” daha güclü olacaq”
29.08.2022 - 12:13
İsnik Alimi: “Qəbələ” daha güclü olacaq”

“Qəbələ” Misli Premyer Liqasının IV turunda doğma arenasında “Sabah”a məğlub olsa da, “qırmızı-qaralar”ın futbolçuları həvəsdən düşmür.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İsnik Alimi mövsümdə ilk yenilgiyə baxmayaraq, uğura inandıqlarını bildirib.

Şimali makedoniyalı orta sahə oyunçusu instaqram səhifəsi vasitəsilə paylaşım edib. O, mövsümü arzuladıqları yerdə bitirəcəklərinə inam ifadə edib: “Bu komandaya hər zamankından daha çox inanırıq. Mövsüm uzundur, “Qəbələ” daha güclü olacaq”.

Qeyd edək ki, “Qəbələ” 4 turdan sonra 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

0