İspaniyalı müdafiəçi "Sabah"da
10.07.2022 - 10:24
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi Con İrasabal bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.
25 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1+2 ildir.
İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.
Con “Sabah”da 19 nömrəli formada çıxış edəcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0