İstefa təhlükəsi
06.12.2022 - 16:09
İstefa təhlükəsi

İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Devid Moyes istefa təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, buna 59 yaşlı mütəxəssislə klubun şəriklərindən olan Devid Sallivanla münaqişə səbəb olub. 

Tərəflər transferlərlə bağlı məsələlərdə anlaşa bilmir. Bu, Moyesin ikinci fəaliyyət dövrüdür. 2017-ci ilin noyabrından 2018-ci ilin mayınadək də bu postu tutan mütəxəssis 2019-cu ilin dekabrında kluba qayıdıb. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqanın 15 oyunundan sonra 14 xalla turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

0