İsveç klubu millimizin üzvü ilə maraqlanır
13.09.2024 - 17:48
İsveç klubu millimizin üzvü ilə maraqlanır

İsveçin “Yurqorden” klubu növbəti dəfə Azərbaycan millisinin üzvü ilə güclənmək istəyir. 

Apasport.az saytına verilən məlumata görə, isveçlilər bu dəfə Renat Dadaşovu “hədəfə” alıb. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Dadaşovun həm Azərbaycan millisindəki, həm də “Ankaragücü”ndəki performansı və məhsuldarlığı “Yurqorden” rəsmilərinin bütün diqqətini özünə cəmləyib.

İsveçlilər artıq bu qış “Ankaragücü”nə rəsmi təklif göndərəcək. Türkiyə Birinci Liqasında çıxış edən klubun isə Renatı satıb-satmayacağı hələ ki, dəqiq deyil. Amma “Yurqorden”in rəsmiləri onun transferi üçün bütün cəhdləri edəcəklər. 

Renatın “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu yay “Qrasshopper”dən ayrılaraq Türkiyə klubu ilə rəsmi müqavilə imzalamışdı.

Əlavə edək ki, “Yurqorden” daha əvvəl “Qarabağ”dan Musa Qurbanlını transfer etmişdi. Lakin o, 2023-2024-cü illərdə "Yurqorden"də oynasa da, sonradan "Qarabağ"a geri dönmüşdü.

0