İtaliya millisində növbəti itki
                    
                    03.06.2024 - 13:29
                        
                     
                    İtaliya A Seriyası təmsilçisi “Atalanta”nın müdafiəçisi Corcio Skalvini dizindən zədələnib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, zədə səbəbindən 20 yaşlı futbolçu AVRO-2024-də İtaliya millisinə kömək edə bilməyəcək.
Zədəli Skalvininin yerinə Turin "Yuventus"unun müdafiəçisi Federiko Qatti milliyə dəvət alıb.
Qeyd edək ki, daha öncə Nikolo Zaniolo son Avropa çempionunun heyətindən çıxarılıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            