
Xəbər verdiyimiz kimi, La Liqa təmsilçilərindən "Sevilya" "Qarabağ"ın hücumçusu Olaviyo Juninyo üçün Ağdam klubuna rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı ilk dəfə La Liqa klubundan aldığı təklif barəsində açıqlama verib:
"Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".
Xatırladaq ki, ilkin mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.
Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna keçən Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
- "Kapitan" gəmini tərk edir? - "Neftçi"də Emin Mahmudov məsələsi
- Fərrux İsmayılov UEFA tərəfindən mükafatlandırılıb
- "Zirə" nəhayət istədiyinə çatdı: Komandada qalır - EKSKLÜZİV
- "Araz-Naxçıvan" müdafiəçisi ilə müqavilə müddətini uzadıb
- Orxan Məmmədov: "Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"