Kamran Quliyev: “Bir oyuna görə heç kimi mühakimə etmək olmaz”
25.07.2022 - 15:43
Kamran Quliyev: “Bir oyuna görə heç kimi mühakimə etmək olmaz”

"Baş məşqçi ilə imzalanma günündən təxminən bir ay vaxt keçib. Regekampf əsl peşəkardır".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurentsiu Regekampf haqda danışarkən deyib. 

O, Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu "Aris"ə 0:2 hesablı məğlubiyyətə baxmayaraq, rumıniyalı mütəxəssisə güvəndiyini söyləyib: "Bir oyuna görə heç kimi mühakimə etmək olmaz. Baş məşqçinin komandamıza verəcəyi xeyiri zaman göstərəcək. Məşqçilik karyerasında uzun yol gedib. Ona sahib çıxmamağa nə var ki? Əlində gözəl futbolçular var. Regekampfın "Neftçi"də uğurlu fəaliyyət göstərəcəyinə inanıram. Çünki onda bu keyfiyyət var".
 

0