Kapitanlar və Rəşad Sadıqov
07.12.2022 - 13:06
Kapitanlar və Rəşad Sadıqov

DÇ-2022-nin 1/8 final mərhələsindən sonra milli komandada ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldəki yeganə azərbaycanlı futbolçu Rəşad Sadıqovun mövqeyi dəyişib.

Millimizin sabiq kapitanı 2 pillə geriləyib. Bu, iki futbolçunun yığmada 111 matç keçirən “14 nömrə”ni keçməsi ilə bağlıdır.

Hazırda Sadıqov dünyada 332-ci yeri bölüşür. Onu arxada qoyan futbolçular isə Braziliya millisinin kapitanı Tyaqo Silva və İsveçrə yığmasının oyunçusu Cerdan Şakiridir. Bu futbolçular 1/8  finalda 112-ci dəfə milli forma geyinib.

İsveçrə yığmasının kapitanı Qranit Caka isə 111-ci oyununa çıxıb. O, təmsilçimizə yeni şərik olub.

Qeyd edək ki, 1/8 finalda Braziliya Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gəlibsə, İsveçrə Portuqaliyaya uduzub – 1:6.
 

0