“Karvan-Yevlax” “Kəpəz”lə üz-üzə gələcək
24.12.2025 - 18:52
“Karvan-Yevlax” “Kəpəz”lə üz-üzə gələcək

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşib.

Apasport.az xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Yevlaxda bir araya gələcək.

Klub toplanış çərçivəsində iki yoxlama oyunu keçirməyi planlaşdırır. Komandanın rəqiblərindən birinin adına artıq aydınlıq gəlib. Yevlax təmsilçisi yanvarın 17-də “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına isə yaxın günlərdə aydınlıq gətiriləcək.

Qeyd edək ki, “Karvan-Yevlax” 2026-cı ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.