“Karvan-Yevlax” transfer etdi: 9 günə göndərdi
04.09.2026 - 20:29
“Karvan-Yevlax” transfer etdi: 9 günə göndərdi

“Karvan-Yevlax” Nemət Şixamirovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, klub müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Maraqlıdır ki, tərəflər cəmi bir neçə gün əvvəl – avqustun 26-da rəsmi müqavilə imzalamışdılar.

Qeyd edək ki, Nemət Şixamirov ötən mövsüm “Şimal”ın formasını geyinib.