Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabərdir"
07.02.2025 - 11:06
Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabərdir"

“Mövsüm başlamazdan əvvəl çempionatın çətin olacağını bilirdik. Çünki bütün komandalar “Qəbələ”yə qarşı böyük motivasiya ilə oynayırlar".

Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Mütəxəssis "Difai" ilə matçdan sonra komandanın hədəfləri barədə danışıb: "Rəqib bizə qarşı çox istəkli oynayırdı. Bu da gözlənilən idi. Mövsümün əvvəlindən biz bir məqsədə köklənmişik və bu məqsədə çatmaq mövsümün sonuna qədər işimizin əsas tərəfi olacaq. Ona görə də hər oyuna qələbə üçün çıxırıq ki, sonda hədəfimizə çataq. Hazırda birinci yerdəyik. Zirvədəki yerimizi möhkəmləndirmək və qorumaq üçün əlimizdən gələni edirik. Hər oyun bizim üçün finala bərabərdir”.

Qeyd edək ki, I Liqanın XIII turunun "Difai" - "Qəbələ" görüşü qonaqların minimalhesablı qələbəsi ilə nəticələnib.

İsmayıl Xeyrullayev

0