Kaxaber Tsxadadze "Qəbələ"də qaldı - Yeni müqavilə
27.05.2024 - 19:20
Kaxaber Tsxadadze "Qəbələ"də qaldı - Yeni müqavilə

 “Qəbələ” baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə imzalayıb.

Apasportun xəbərinə görə, 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Tsxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Qeyd edək ki, Tsxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub. 

0