Kənan Kərimov: "Maksimum nəticə əldə etməyi hədəfləyirik"
30.09.2024 - 12:12
Kənan Kərimov: "Maksimum nəticə əldə etməyi hədəfləyirik"

"Bundan sonra yalnız mövqeyimizi qorumaq üçün çalışacağıq. Maksimum nəticə əldə etməyi hədəfləyirik".

Bu sözləri “Karvan”ın baş məşqçisi Kənan Kərimov apasport.az saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandanın vahid lider olması barədə danışıb: “Baku Sportinq”lə oyunumuz çox ağır keçdi. Güclü rəqiblə qarşılaşdıq. Futbolçularıma və bütün azarkeşlərimizə təşəkkürlərimi bildirirəm. Fanatlarımızın dəstəyi, oyunçularımın əzmkarlığı sayəsində qələbə qazandıq. Artıq növbəti oyunları düşünürük. Qarşımızda uzun marafon var. Hələ ki, 3 tur arxada qalıb. Düzdür, liderliyi ələ keçirmişik. Lakin indidən çempionluq haqqında nəsə demək doğru olmaz. Zirvədəki yerimizi qorumaq niyyətindəyik”.

Qeyd edək ki, “Karvan” I Liqanın 3-cü turunda “Baku Sportinq”i 3:1 hesabı ilə məğlub edib. Yevlax təmsilçisi maksimum nəticə ilə turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

İsmayıl Xeyrullayev
 

0