“Kəpəz”də günün ikinci transferi
23.07.2022 - 15:31
“Kəpəz” günün ikinci transferini açıqlayıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu dəfə yarımmüdafiə xəttinə yeni oyunçu cəlb olunub.
“Səbail”dən ayrılan hücumçu Rauf Əliyevlə səhər saatlarında münasibətləri rəsmiləşdirən Gəncə təmsilçisi indi də Fərid Nəbiyevlə anlaşıb. Bir müddətdir Premyer Liqanın debütantının düşərgəsində olan 23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Fərid Nəbiyevin sonuncu komandası Çexiyanın “Viktoriya” (Jijkov) klubu olub.

- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
1
0