"Kəpəz"də yeni futbolçu
25.07.2022 - 09:11
“Kəpəz” heyətini gücləndirməkdə davam edir.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Premyer Liqanın debütantı daha bir futbolçunu transfer edib.
Gəncə təmsilçisi “Sumqayıt”ın müdafiəçisi Yusif Nəbiyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçi qarşıdakı mövsümdə “sarı-göylər”in şərəfini qoruyacaq. Cinah oyunçusu yeni komandası ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk oyununu öz meydanında “Zirə”yə qarşı keçirəcək. I turun matçları avqustun 5-7-də keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0