
"Səbail"lə görüşə ehtiyat oyunçular skamyasında başladım, lakin heç kim mənə bununla bağlı bir şey demədi"
“Kəpəz”in kapitanı Yeqor Xvalko Apasport.az saytına müsahibə verib.
- “Sabah”la görüşdə qalib gəldiniz. Görüş necə keçdi?
- Çətin oyun alındı. Çünki çox müdafiə olunmalı idik. Topa rəqib daha çox nəzarət edirdi. Nəticə əldə etmək üçün dözməli olduq. Şadam ki, sonda istədiyimiz üç qolu əldə etməyi bacardıq.
- “Sabah” iddialı klublardan biridir. Amma siz onları həm evdə, həm də Bakıda məğlub etdiniz. Belə bir klubu necə məğlub etmək olar?
- Bizim üçün gözəl oyun bahasına nəticə vacibdir. Biz bu nəticəyə nail olduq. Onlara uduzduğumuz oyunu xatırlayırsınızsa, həmin oyunda 2:0 öndə idik, amma sonda uduzmuşduq. Belə bir üstünlüyün qaçmasına imkan verə bilmərik.
- Uzun müddət idi ki, oynamırdın. Amma meydana kapitan kimi qayıtdın. Əvvəlki görüşlərdə oynamamağınızın səbəbi nə idi?
- “Qarabağ”la oyunu buraxmışdım. Onda da baş məşqçi demişdi ki, sənin üç sarı vərəqən var və “Səbail”lə görüşə hazırlaş. Amma “Səbail”lə görüşə də ehtiyat oyunçular skamyasında başladım. Lakin heç kim mənə başa bununla bağlı heç nə başa salmadı, söyləmədi. Hər halda, bu sualı məşqçiyə vermək lazımdı. Mən futbolçuyam, nə vaxt oynamaq lazım gəlirsə, hazıram.
- “Kəpəz”in böyük ehtimalla Premyer Liqadakı yerini qoruyacağını və Birinci Liqaya düşməyəcəyini deyə bilərik?
- “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki, aşağı liqaya düşməyəcəyik. Sadəcə, yeni futbolçuların komandaya, liqaya uyğunlaşması üçün vaxt lazımdı. Problemi hələ həll etməmişik ki, rahatlaşaq. Qarşıda hələ 7 oyun var. Mövsümün sonuna qədər işləmək lazımdır.
- “Kəpəz"in növbəti mərhələdəki rəqibi “Araz-Naxçıvan” olacaq. Bu matçda qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz?
- Qalib gəlmək üçün hər şeyi edəcəyik. Tapşırığı daha tez yerinə yetirmək üçün xal lazımdır. Evdə oynayacağıq. Ümid edirəm ki, bu bizə kömək olacaq.
- Riyazi olaraq hətta 4-cü pilləyə qədər yüksəlmək imkanınız var. Səncə, hara qədər yüksələ bilərsiz?
- Biz irəliyə baxırıq. Bu, xal qazanmağımıza kömək edir. Ən yaxın rəqiblərimiz indi bizdən 1 və 2 xal öndədir. Biz onlara baxırıq, onlardan önə çıxmağı bacarsaq, daha da irəli baxacağıq. Ümidvaram ki, bunu edəcəyik.
- “Kəpəz” yeni mövsümü yeni stadionda keçirəcək. Hətta yeni və daha güclü komandanın olacağı da gözlənilir. Yeni mövsümdə bu komandada qalacağınızı düşünürsünüz? Üstəlik, baş məşqçi dəyişikliyi də gözlənilir...
- Bəli, bu, gəncəlilər üçün çox gözəl xəbərdir, yeni rahat arena olacaq, matça daha çox insan gələcək. İnsanlar futbol üçün çox darıxıblar. Şəhər də ciddi məqsədlər üçün oynaya biləcək komandaya layiqdir. Bilmirəm, klub yoluna kiminlə davam edəcək, kiminlə yox. Üç ildir ki, “Kəpəz”də oynayıram. Əsas məqsədim komandanın Premyer Liqada qalmasına kömək olmaqdır. Yeni komandada olub-olmayacağım o qədər də önəmli deyil. Buna cavabım yoxdur, məşqçi işi çox çətindir, hər an səni işindən azad edə bilərlər. Futbolçunun müqaviləsi var və onu sadəcə komandadan uzaqlaşdırmaq olmaz. Məşqçilik işi həqiqətən də çox stresslidir.