"Kəpəz"in sonuncu rəqibi müəyyənləşdi
25.07.2024 - 20:20
"Kəpəz"in sonuncu rəqibi müəyyənləşdi

Növbəti mövsümə hazırlaşan "Kəpəz" sabah sonuncu yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Adil Şükürovun komandası “Pelikan”la qarşılaşacaq.

Gəncədə keçiriləcək oyun saat 17:30-da start götürəcək.

Qeyd edək ki, “Kəpəz” əvvəl qarşılaşdığı “Turan Tovuz” (0:4) və “Şamaxı”ya (1:2) uduzub, “Əl Yarmuk”a (Küveyt) isə qalib gəlib (2:1).

0