"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı bəlli olub
27.06.2024 - 23:25
"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı bəlli olub

"Kəpəz"in 2024/2025 mövsümü üçün hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda iyunun 29-da Gəncədə çalışmalara start verəcək. Hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq. "Kəpəz" fiziki və texniki-taktiki məşqlər keçəcək.

Gəncə təmsilçisi toplanış çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Kəpəz" 2023/2024 mövsümünü 8-ci pillədə başa vurub.

0