
"Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi klubun rəsmi saytına açıqlama verib. Ağdam təmsilçisinin hazırlığına qoşulan cənubi amerikalı fasilə dövrünü necə keçirdiyi barədə danışıb: “Valideynlərim mövsümün ikinci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir. Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Daha sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm".
Qeyd edək ki, Medina 2020-ci ilin yayından “Qarabağ”da oynayır.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL