Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, "Zirə" Estoniyada yerli "Payde"nin qonağı olacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubunu mübarizədən kənarlaşdırıb.
"Payde" isə Cəbəllütariqin "Maqpis" kollektivini üstələyərək növbəti mərhələyə yüksəlib.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00
"Payde" (Estoniya) – "Zirə" (Azərbaycan)
Baş hakim: Roman Jitari (Moldova)
Stadion: "Rannastaadion" (Pyarnu, Estoniya)
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Matçın qalibi III təsnifat mərhələsində "Sent Patriks" (İrlandiya) – "Nomme Kalyu" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.