Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin potensial rəqibləri azaldı
17.07.2022 - 09:24
Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin potensial rəqibləri azaldı

Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Apasport.az saytının məlumatına görə, UEFA iyulun 18-də keçiriləcək püşkatma öncəsi komandaları qruplara bölüb.

Mərhələ adlayacaqları təqdirdə növbəti raundda “Neftçi” səpələnməmişlərdə, “Zirə” ilə “Qəbələ” isə səpələnmişlərdə yer alacaq.

“Neftçi” Kipr “Aris”ini məğlub edərsə, potensial rəqiblər “Tvente” (Niderland), “Molde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi olacaq.

“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən qalib ayrılsa, “Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi və ya “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” isə Macarıstanın “Fehervar” klubundan üstün olarsa, III təsnifat mərhələsində “Sepsi” (Rumıniya) - “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi və ya “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 

0