Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis Bakı və Azərbaycan xalqı barədə xoş sözlər deyib:
“Şəhəriniz və insanları bizdə xoş təəssürat yaratdı. Ölkəmizə göstərilən dəstəyi hiss etdik”..
O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandada çalışmasına da toxunub:
“Qurbanov uzun illərdir bu komandadadır. Onlarda artıq müəyyən sistem formalaşıb. Daim avrokuboklarda çıxış edirlər. Bu da qarşıdakı oyunu daha maraqlı edir”.
Kostyuk heyətdə yeni itkilərin olmadığını da bildirib:
“İtkilər əvvəlki kimidir. Başqa itki yoxdur”.
Qeyd edək ki, komandalar arasında ilk görüş Kiyev “Dinamo”sunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"