Kristian Avram: "Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir etdi" - Müsahibə
17.04.2024 - 17:24
Kristian Avram: "Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir etdi" - Müsahibə

“Araz-Naxçıvan”ın moldovalı qolkiperi Kristian Avram apasport.az saytına müsahibə verib.

- “Neftçi” ilə matçda məğlub oldunuz. Oyunun taleyini erkən qol həll etdi?
- Təbii ki, “Neftçi”nin ilk dəqiqədə qol vurması, onlara üstünlük qazandırdı. Amma biz oyunun əvvəlində toparlanmalı idik. Bu cür epizodlara yol verməməli və daha konsentrasiyalı olmaq lazım idi. Hər halda, belə alındı və təəssüf ki, məğlub olduq. Yoxsa, biz yaxşı nəticə haqda düşünürdük.

- Bu mövsüm ilk dəfə idi ki, “Neftçi”yə uduzurdunuz. Bundan qabaq onları iki dəfə məğlub edib, bir dəfə bərabərə qalmışdınız. Həmin oyunlarla bu dəfəki arasında hansı fərq var idi?
- Hər oyun fərqlidir. Matçların eyni cür olması da mümkün deyil. Yəqin ki, “Neftçi” bizimlə müqayisədə qol şanslarından daha yaxşı istifadə etdilər. Nəticədə də qalib gəldilər.

- Baş məşqçi dəyişikliyi komandaya necə təsir etdi?
- Komandaya çox yaxşı təsir etdi. Hər şey yaxşıdır. Elmar Baxşıyev özü ilə təcrübəsini də gətirib. Hansı ki, bu da komandanın xeyrinədir. Ümidvaram ki, futbolçularla daha çox işləyərək, birlikdə uğurlar qazanacağıq. 

- Mövsümün sonuna 6 tur qalıb. Səncə, yeni baş məşqçiniz qısa müddətdə nəyi dəyişə bilər?
- Bu barədə nəsə deyə bilmərəm. Amma müsbət impluslar verdiyini demək mümkündür. Elmar Baxşıyev çox təcrübəli mütəxəssisdir. Yaxşı, təcrübəli məşqçilər korpusu var. O, bizə çox inanır. Ümid edirəm ki, onun fəlsəfəsi bizə kömək olacaq və birlikdə uğur qazanacağıq.

- Demək olar ki, avrokubok şanslarınızı itirmisiz. Qarşıdakı altı turda hansı motivasiya ilə oyunlara çıxacaqsız?
- Yaxşı, mən də belə soruşum, “Qarabağ” artıq çempion olub. İşləməyə davam etmək üçün hansı motivasiyaları ola bilər? “Qarabağ” 8 tur qalmış çempion oldu, praktiki olaraq “qızıl dubl” da edə bilər. Oyunlara gəlməyin mənası qala bilər? Axı, yanaşma belə olmamalıdır. Biz peşəkar qalmağa davam edib, oyunlarda da bütün gücümüzü meydanda qoymalıyıq. Ona görə də, işləməyə davam edirik və yaxşı nəticə qazanmaq niyyətindəyik.

- Növbəti turdakı rəqibiniz avrokuboklar uğrunda mübarizə aparan “Səbail”dir. Onlarla görüş sizin üçün necə keçəcək?
- “Neftçi” ilə oyundan sonra yaxşı bərpa olmuşuq. Artıq “Səbail”lə görüşü düşünürük. Məşqçilər korpusu bizə lazımı məlumatlar verir. Çalışacağıq ki, yaxşı oyunla uğurlu nəticə qazanaq. Necə alınacağını matç göstərəcək,

0