
"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Makkabi" üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Çünki "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb.
Biz sadəcə bir oyun keçirmişik. Cavab görüşü var. Konsentrasiyanı saxlamaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də "Makkabi"ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdır".
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”